Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Psixi xəstəlik diaqnozu qoyulan şəxsə niyə pensiya verilmir?

“Hazırda vəziyyətim üzvi mənşəli şəxsiyyət pozuntusu, yəni F07.0 (red: Beynəlxalq Xəstəliklər Təsnifatında əsasən üzvi beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan üzvi şəxsiyyət pozğunluğudur) diaqnozu ilə təsdiqlənib, psixi xəstəlikdir. Bu isə işləməyə və normal fəaliyyət göstərməyə imkan vermir, yalnız əlillik pensiyası ilə həyatımı idarə etmək mümkün olar”.
Bu şikayətlə “Qafqazinfo”ya Xırdalan sakini Murad Məmmədov müraciət edib.
O bildirib ki, uşaqlıq dövründə sağlamlığında ciddi problemlər olub: “Mənə hələ uşaqlıqdan kəllə-beyin travması nəticəsində yaranmış nəzərəçarpan hərəkəti, psixi və nitq pozğunluğu, həmçinin ensefalopatiyanın qalığı diaqnozları qoyulub. 2017-ci Şəki Rayon Mərkəzi Xəstəxanasının nevroloq həkimi məni sağlam hesab edərək hər hansı tibbi müdaxilə olmadan qeydə aldı və xidmətə yararlı kimi rəsmiləşdirdi. Lakin hərbi xidmət zamanı bir neçə dəfə qıcolma tutmaları keçirmişəm.

Hazırkı diaqnozum rəsmi tibbi sənədlərlə təsdiqlənib. Mingəçevir şəhər Psixi Nevroloji Dispanseri, Nərimanov Psixi Sağlamlıq Mərkəzində, eləcə də digər tibbi müəssisələrdə psixiatrik müşahidə altında olaraq rəsmi qeydiyyata alınmışam. F07.0 diaqnozu da məhz Səhiyyə Nazirliyinin Məhkəmə-Psixiatriya Ekspertiza Mərkəzinin rəyinə əsasən qoyulub”.
Şikayətçinin sözlərinə görə, verilən qərarın rəyində bu xəstəliyin uşaqlıq dövründə keçirilmiş qıcolma tutmaları ilə bağlı olduğu qeyd olunub: “Rəydə, həmçinin hazırkı müayinə zamanı təfəkkür tempinin ləngiməsi, bir mövzudan digərinə keçməkdə çətinlik, əhval-ruhiyyənin dəyişkənliyi, xarici qıcıqlara qarşı həssaslığın artması kimi əlamətlər də qeyd edilib”.

M. Məmmədov bu qərarın ləğv edilməsini və əlillik pensiyasının verilməsini istəyir: “Tibbi vəziyyətim nəzərə alınmaqla, düzgün qərarın verilməsini tələb edirəm. Məhkəmə-psixiatriya ekspertizasının rəyi tibbi və hüquqi baxımdan əsas sənədlərdən biridir və mənim sağlamlıq vəziyyətimi dəqiq əks etdirir. Xahiş edirəm ki, aidiyyəti qurumun 18.07.2025-ci il tarixli imtina qərarı ləğv edilsin və mənim barəmdə əlillik pensiyası təyin edilsin”.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov müraciətimizə cavab olaraq bildirdi ki, Şəki rayon sakini 1998-ci il təvəllüdlü Məmmədov Murad Tofiq oğlunun əlilliyinin qiymətəndirilməsi ilə bağlı son 9 il ərzində tibb müəssisəsi tərəfindən heç bir forma-88 göndərişi rəsmiləşdirilməyib: “Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur.
Hazırda vətəndaşın sağlamlıq vəziyyətində ağırlaşmalar yaranıbsa, ilk növbədə qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən Murad Məmmədovla bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndirilə bilər. Bununla bağlı şəxsə dəfələrlə müvafiq izahatlar da verilib”.
Fidan Etibar






















































