Xəbər Lenti
11-08-2026, 14:43
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
Sabunçuda maşınlar su altında qalıb
Məlum olduğu kimi, ötən gündən yağan yağış paytaxtın Sabunçu qəsəbəsində ciddi fəsadlara yol açıb.
“Qafqazinfo” xəbər verir ki, bu gün səhər saatlarından etibarən vəziyyət daha da ciddiləşib. Bu haqda vətəndaşlar sosial şəbəkələrdə görüntülər paylaşırlar.
Videolardan maşınların su altında qaldığı, ərazidə istər piyada, istərsə də avtomobillə hərəkətin mümkünsüz olduğu görünür.
Qeyd edək ki, dünəndən Sabunçu dəmiryol vağzalının ərazisi və ətraf yollar su altında qalıb. Sabunçu keçidində (tunelində) növbəti dəfə subasma qeydə alınıb, orada nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb.























































