“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
“İran Trampa iki dəfə sui-qəsd təşkil edib”
“İran ABŞ Prezidenti Donald Trampa iki dəfə sui-qəsd təşkil edib və hələ də bu cəhdlərini davam etdirir”.
“Qafqazinfo” xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Newsmax”a müsahibəsində bildirib.
“Müharibədən əvvəl İran bir çox qitədə, o cümlədən Qərb yarımkürəsində, Venesuela və digərləri ilə birlikdə dövlət terrorizminin əsas sponsoru idi”, - Netanyahu deyib.
O, həmçinin İranın ABŞ səfirliklərində partlayışlar törətdiyini iddia edib.
Müharibənin nə vaxt başa çata biləcəyi ilə bağlı sualı cavablandıran Netanyahu İrandakı missiyanın yarıdan çoxunun uğurla həyata keçirildiyini bildirib. Baş nazir hazırda ABŞ və İsrailin əsas hədəfinin Tehranın zənginləşdirilmiş uran ehtiyatları olduğunu açıqlayıb.
Xatırladaq ki, Donald Tramp 2024-cü ildə iki dəfə sui-qəsd cəhdi ilə üzləşib. İlk hadisə iyulun 13-də Pensilvaniyada baş verib. Belə ki, 20 yaşlı Tomas Metyu Kruksun açdığı atəş nəticəsində Tramp qulağından yaralanıb. İkinci hadisə isə həmin il sentyabrın 15-də Floridada, siyasətçiyə məxsus qolf klubunda qeydə alınıb. Həmin vaxt Rayan Rut adlı şəxs kolluqların arasında gizlənərək tüfənglə Trampı hədəf almağa çalışsa da, Məxfi Xidmət agentləri tərəfindən vaxtında zərərsizləşdirilib. Hadisə yerindən qaçmağa çalışan Rut qısa müddət sonra yaxalanıb. Məhkəmə prosesi zamanı Rutun siyasi motivlərlə hərəkət etdiyi və cinayəti qabaqcadan planlaşdırdığı sübuta yetirilib. Məhkəmənin hökmü ilə Rayan Rut ömürlük həbs cəzasına məhkum edilib.























































