Xəbər Lenti
Bugün, 12:23
Qərbi Kaspi Universitetində dövlət hesabına təhsil alan tələbələrdən ÖDƏNİŞ TƏLƏB OLUNUR
Bugün, 10:20
"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" - MTK və vətəndaş arasında qalmaqal
Dün, 13:03
Vəkillərə "Elektron Məhkəmə" informasiya sisteminin yeni versiyası ilə bağlı təlim keçiriləcək
30-03-2026, 10:34
İranla müharibə nəzarətdən çıxır? – Dünya iqtisadiyyatının tənəzzülü ilə bağlı SOS
"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" - MTK və vətəndaş arasında qalmaqal
Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, ərazidə bina inşa edən şirkət vətəndaşların hasarını uçurub və nəticədə qəzalı vəziyyət yaranıb.
Şikayətçi Şahin Hüseynov qeyd edib ki, tikinti aparan şirkət qanunsuz fəaliyyət göstərir və sakinlərə məxsus mülkiyyətə ziyan vurub: "Bizdə olan məlumata görə, burada 5-6 binanın tikilməsi nəzərdə tutulub. Hazırda tikinti səbəbindən hasarımız uçub və təhlükəli vəziyyət yaranıb. Məhkəmənin hasarın bərpa olunması ilə bağlı qərarı var. Lakin şirkət nə hasarı bərpa edir, nə də məhkəmə qərarına məhəl qoyur".
"Xəmsə Palace 2021" MTK-nın sədr köməkçisi Miribrahim Məmmədov isə iddiaların əsassız olduğunu bildirib.
Onun sözlərinə görə, hasarın uçmasının tikinti fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur: "Sözügedən hasar həmin şikayətçiyə aid deyil, İlqar Məmmədov adlı başqa bir şəxsin mülkiyyətidir. Hasar söküntü vaxtı deyil, bir müddət əvvəl baş verən güclü yağışlar və təbii fəlakət nəticəsində uçub. Tikinti işləri isə tamamilə qanunidir".
Yaranmış mübahisəli vəziyyətlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən qeyd olunub ki, ərazi qeyri-yaşayış sahəsi olduğu üçün məsələ ilə bağlı aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilməlidir. İcra hakimiyyəti, həmçinin vurğulayıb ki, vətəndaşla MTK arasındakı münaqişə hüquqi müstəvidə, yəni məhkəmə yolu ilə həll olunmalıdır.






















































