Menu
Xəbər Lenti
İmtahan günüdür
5-04-2026, 08:25

İmtahan günüdür

07 Nis 06:39Manşet / Sosial

34 yaşlı kişi iki məktəbliyə xəsarət yetirdi

34-yasli-kisi-iki-mektebliye-xesaret-yetirdi

Ağsuda 34 yaşlı kişi məktəbin qarşısında iki məktəbliyə xəsarət yetirib.

“Qafqazinfo”nun məlumatına görə, hadidə Ağsu şəhər 1 saylı orta məktəbin qarşısında baş verib.

Belə ki, rayon sakini, 34 yaşlı Dostəli Bağırovla 11-ci sinif şagirdi arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb və mübahisə zamanı Dostəli Bağırov şagirdə kəsici alətlə, həmin vaxt köməyə gələn 16 yaşlı qardaşına isə əli ilə vuraraq xəsarət yetirib.

Xəsarət alan qardaşlardan biri xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən əməli törədən şəxs barəsində tədbir görülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Mübariz Muradov