Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
19-04-2026, 10:44

Faktiki hava açıqlandı

24 Nis 07:40Manşet / Şou-biznes

“Viktoriya hər gün ağlayır, gəlinindən kömək istəyir”

viktoriya-her-gun-aglayir-gelininden-komek-isteyir

Modelyer Viktoriya Bekhemlə oğlu Bruklin Bekhem arasında yaşanan gərginlik yeni mərhələyə keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə iddialar Britaniya mediasında yer alıb.

Bildirilib ki, sabiq futbolçu Devid Bekhem və həyat yoldaşı Viktoriya Bekhem böyük oğulları Bruklinlə münasibətlərini bərpa etmək üçün addımlar atmağa çalışırlar. İddialara görə, ailədaxili münaqişə xüsusilə Bruklinin Nikola Peltslə evliliyindən sonra dərinləşib.

Mənbələrin məlumatına görə, Bruklin Bekhem ailəsindən uzaqlaşaraq, həyat yoldaşının tərəfini seçib və bu, valideynləri ilə münasibətlərin soyumasına səbəb olub. Sosial şəbəkələrdə edilən bəzi paylaşımlar isə gərginliyi daha da artırıb.

Viktoriya Bekhem ötən həftə “The Wall Street Journal”a müsahibəsində “Biz sadəcə uşaqlarımızı çox sevirdik və onları qorumağa çalışdıq” desə də, son iddialar ailədaxili münaqişənin daha dərin olduğunu göstərir.

Bildirilir ki, Viktoriya Bekhem oğlu ilə barışmaq üçün gəlini Nikola Peltzdən kömək istəyir. O, Nikola Peltsi Bruklinlə münasibətləri düzəltmək üçün əsas vasitə kimi görür və hətta onunla şəxsən görüşməyə hazırdır.

Ailəyə yaxın mənbələr qeyd edir ki, sosial mediada paylaşılan xoşbəxt ailə görüntülərinə baxmayaraq, Bekhemlər bu vəziyyətdən ciddi narahatdırlar. Xüsusilə Viktoriya Bekhemin yaşananlara görə emosional gərginlik keçirdiyi bildirilir.

Eyni mənbənin sözlərinə görə, Viktoriya Bekhem bu münaqişə səbəbindən, demək olar ki, hər gün ağlayır.

Bununla belə, Bruklin Bekhemin hələlik ailəsi ilə barışmaq niyyətində olmadığı və məsafə saxladığı qeyd olunur.