Menu
Xəbər Lenti
Təbrik Məktubu
Bugün, 15:16

Təbrik Məktubu

İmtahan günüdür
Bugün, 10:22

İmtahan günüdür

Arda Turan cəzalandırıldı
24-04-2026, 07:49

Arda Turan cəzalandırıldı

26 Nis 13:20Manşet / Gündəm / Sosial

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV

Bu gün ömrünün 50-ci baharını qarşılayan Babayev Əkrəm Kərəm oğlu həyatını Vətənə, xalqa və dövlətçiliyə sədaqətlə həsr etmiş nümunəvi insanlardan biridir. Onun keçdiyi həyat yolu təkcə bir insanın bioqrafiyası deyil, həm də vətənpərvərliyin, zəhmətkeşliyin və ləyaqətin canlı təcəssümüdür.
Əkrəm Babayev 1976-cı il aprel ayının 24-də İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. 1982-ci ildə ilk dəfə məktəbə qədəm qoyaraq, elə ilk gündən çalışqanlığı və məsuliyyəti ilə seçilmişdir. Orta məktəb illərində əla qiymətlərlə oxumuş, fərqlənmə ilə təhsilini başa vurmuşdur.
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
Lakin onun həyat yolunu fərqləndirən əsas məqam gənc yaşlarından Vətənə bağlılığı olmuşdur. 1992-ci ilin noyabr ayında, hələ məktəbli ikən, 1-ci Qarabağ müharibəsinin döyüşlərinə qatılmışdır. O illərin ağır və çətin günlərində Mərzili, Ergədi, Əmralılar və Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmiş, igidlik göstərmişdir. Ağdam uğrunda döyüşlər zamanı onun silahdaşı, həmyerlisi Şalbuzov Namiq şəhid olmuşdur. Bu ağır itkini ürəyində daşıyan Əkrəm Babayev şəhid yoldaşının nəşini doğma İsmayıllıya gətirərək vəfa və dostluq nümunəsi göstərmişdir.
1993-cü ilin may ayında döyüşlərdən qayıtdıqdan sonra təhsilini davam etdirmək qərarı almış və elə həmin il Kənd Təsərrüfatı Akademiyasına (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) qəbul olunmuşdur. Meşəçilik ixtisası üzrə ali təhsil alan Əkrəm Babayev 1997-ci ildə universiteti uğurla bitirmişdir.
Əmək fəaliyyətinə İsmayıllı rayon Meşə İdarəsində başlayan Əkrəm Babayev qısa müddətdə peşəkarlığı və işinə olan məsuliyyəti ilə seçilmişdir. 1998-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. Daha sonra Bakıya, müvafiq nazirliyə dəvət olunaraq baş mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir.
2007-ci ildə doğma rayona qayıdan Əkrəm Babayev 2010-cu ildə Oğuz rayon Meşə İdarəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 2013-cü ildə isə Qusar rayon Meşə İdarəsinə rəhbərlik etmişdir. Regional idarəetmə sisteminin tətbiqi ilə İsmayıllı rayonu üzrə baş mütəxəssis kimi fəaliyyət göstərmişdir.

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV

2020-ci ildə başlayan Vətən müharibəsi zamanı da o, tərəddüd etmədən könüllü olaraq ordu sıralarına yazılmış və zabit kimi döyüşlərə qatılmışdır. Leytenant rütbəsi ilə başladığı döyüş yolunda Murov uğrunda gedən şiddətli döyüşlərdə göstərdiyi şücaətə görə baş leytenant, daha sonra isə kapitan rütbəsinə layiq görülmüşdür. 44 günlük müharibə dövründə bir sıra strateji yüksəkliklərin və ərazilərin azad olunmasında fəal iştirak etmişdir.
Döyüşlərdə göstərdiyi igidliyə görə “Kəlbəcərin işğaldan azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Döyüş xidmətlərinə görə” medalları ilə təltif edilmişdir.

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV

Müharibədən sonra da dövlətə xidmətini davam etdirən Əkrəm Babayev 2021-ci ildə Şəki-Qax Regional Meşə Təsərrüfatı Mərkəzində direktor vəzifəsində çalışmışdır. 2023-cü ilin fevral ayından isə Qəbələ-Oğuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru kimi fəaliyyətini uğurla davam etdirir.
Əkrəm Babayev yalnız peşəkar rəhbər və cəsur döyüşçü deyil, eyni zamanda nümunəvi ailə başçısıdır. O, ailəlidir, 4 qız, 2 oğul atası və 3 nəvənin sevimli babasıdır. Dostları arasında səmimiyyəti, etibarlılığı və mərdliyi ilə seçilən bir insandır.

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV
VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV

Bu gün 50 illik yubileyini qeyd edən Əkrəm Babayevin ömür yolu hər bir gənc üçün örnəkdir. Onun həyatı sübut edir ki, Vətənə sevgi, zəhmət və dürüstlük insanı ucaldan ən ali dəyərlərdir.

VƏTƏNƏ XİDMƏTİN 50 İLLİK ŞƏRƏFLİ YOLU – ƏKRƏM BABAYEV