Xəbər Lenti
11-08-2026, 14:43
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
Gəncədə bıçaqlanma - 17 yaşlı oğlan xəstəxanalıq oldu

Gəncədə bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin məcburi köçkünlərin məskunlaşdığı “Yeni Qəsəbə” adlanan ərazisində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakini 2009-cu il təvəllüdlü Nicat Əliyev kəsici-deşici alətlə yetirilən xəsarətlə xəstəxanaya yerləşdirilib.
Yaralıya dərhal tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev























































