İranda 5 bal gücündə zəlzələ oldu

İranın Kirmanşah əyalətində 5 bal gücündə zəlzələ qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, zəlzələ Kirmanşah əyalətinin Qərbi Gilan rayonunda hiss olunub.
Tehran Universitetinin Seysmologiya Mərkəzi zəlzələnin 9 kilometr dərinlikdə baş verdiyini və 5 bal gücündə ölçüldüyünü açıqlayıb.






















































