Menu
Xəbər Lenti
TƏBİB- də yeni təyinat
12-06-2026, 11:45

TƏBİB- də yeni təyinat

Paşinyan Putini təbrik etdi
12-06-2026, 11:33

Paşinyan Putini təbrik etdi

15 Haz 16:25Manşet / Gündəm / Mədəniyyət

Ədəbiyyatımızın Nəğməkarı.

 

Əziz dostlar iyunun 15-də zəmanəmizin ustad şairlərindən olan Yusif Nəğməkarın mövlud günüdür. Neçə ildir şəxsən tanıdığım bu böyük ürəkli insan haqqında sosial şəbəkələrdən, mətbuatdan, müxtəlif mənbələrdən topladığım və şairlə söhbətimizdən aldığım təəssüratların təsiri ilə bu məlumatları sizinlə bölüşmək istədim.


Yusif Nəğməkar-Mədətov Yusif Məhiş oğlu 15 iyun 1955-ci ildə Beyləqan rayonynun Birinci Aşıqlı kəndində anadan olmuşdur. Yaradıcılığa gənc yalarında başlayan şair N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsinini bitirmişdir. Həmin illər ərzində o, həmçinin ali jurnalistlik kurslarını bitirərək müvafiq ixtisasa da yiyələnmişdir.


Yusif Nəğməkar bədii yaradıcılıqla çox erkən yaşlarından məşgul olmuş, 1970-ci ildən mətbuatda çap olunmağa başlamışdır.Yusif Nəğməkarın ilk qələm təcrübələri ilə Xalq şairi Rəsul Rzanın diqqətini cəlb etmiş,


”Təsadüf" adlı məqaləsi "Ədəbiyyat və İncəsənət" qəzetində dərc olunmuş və bununla da Yusif Nəğməkar daha geniş miqyasda ədəbi mühitə təqdim olunmuşdur.


Y.Nəğməkar Dövlət Televiziyasında işləyərkən vətənin, millətin taleyüklü məsələlərinə həsr olunmuş bir sıra telesenarilər yazmışdır.


Bundan sonra bir-birinin ardınca şairin çoxlu sayda dəyərli şer və poemaları toplanmış kitabları çap olunaraq müəllifinə ümumixalq məhəbbəti qazandırır. Yusif Nəşməkar serlərini vətən, Qarabağ həsrəti, məhəbbət, təbiət və gözəlliyə vurğunluq ruhunda yazır və oxucu bunu daim hiss edir. Onun yazdığı misralar isə daha fəlsəfi, məntiqi fikirlərlə ifadə olunaraq oxucuya çatdırılır və onu düşünməyə sövq edir. Onun yüksək musiqi duyumu da vardır. O vertioz-solo-saz ifaçısı kimi, 1981-ci ildə Agdamda keçirilən Xalq yaradıcılıgı Festivalının qalibi olmuşdur. Fortepiano və skripkada da ifa etməyi bacarır. Bu keyfiyyəti ona bəstəkar və müğənnilərlə daha səmərəli əməkdaşlıq etməyə imkan yaratmış, onu oxucu və musiqisevənlər arasında sözlərinə çox sayda mahnılar yazılmış populyar bir şair kimi tanıtmışdır.1987-ci ildə şerlərinə bəstələnmiş mahnılardan ibarət audio kaset-albom qardaş Türkiyə Respublikasında, 2004-cü ildə isə həm poeziya, həm musiqi sahəsindəki "Yusif Nəğməkar sənətinin sehrində"adlı disk və audio kaset-albomu isə "Səbuhi" studiyasında işıq üzü görür. Həmin ildə ona əsərlərindəki bədii ictimai-siyasi-fəlsəfi tutumu və aktuallığına görə Azərbaycan Yazıçılar Birliyinin "Rəsul Rza" fondunun Rəsul Rza adına Beynəlxalq Ədəbi Mükafatı verilir. Türkiyədə baş vermiş tarixi Çanaqqala zəfərinin 100 illiyi ərəfəsində yazdığı "Çanaqqala-türkə qala" adlı irihəcmli poemasına görə 2015-ci ildə Bakıdakı Türkiyənin Böyükelçiliyi və AYB-nin birgə müsabiqəsininnin qalibi olaraq "ilin şairi" fəxri adı, "Azərbaycan bayrağı" və "Qızıl qələm" media mükafatları verilir.


Yusif Nəğməkarın əsərlərində əsas qəhrəmanlar azadlıq, bütövlük, özgürlük uğrunda mübarizə aparanlar olsa da, onun mövzuları, ideya-estetik maraq dairəsi daha genişdir.


Yusif Nəğməkar şeirin zərifliyini qoruyan şairdir. Onun üslubunda, şeirlərində insan gözəliyyi,mənəvi saflıq,ədalət,həqiqət həmişə üstünlük təşkil edir. Bu keyfiyyətlər onun yaradıcılığına şəxsiyyətindən süzülüb gəlir. Belə olmasaydı Xalq şairi Bəxtiyar Vahabzadə kimi dahi şairimiz, vaxtı ilə bu həqiqəti yazmazdı: "Mən bu tanıdığım müddət ərzində Yusifdə şairliklə yanaşı, ilk növbədə nəciblik görmüşəm, insanpərvərlik görmüşəm, sədaqət görmüşəm, insana xas olan ən gözəl keyfiyyətləri mən Yusifdə görmüşəm. Ona görə mən bu cavan şairi çox istəyirəm!"


Müasir ədəbiyyatımızın görkəmli nümayəndəsi,dəyərli şeirlərinin sehri ilə ürəyimizi, könlümüzü ovsunlayan, ruhumuzu oxşayan,sevgi şairi, nəğmə şairi, AYB-nin, AJB-nin üzvü, qalaq-qalaq kitabların, publisistik yazıların, tərcümələrin müəllifi, səmimi, gözəl insan Yusif Nəğməkarın dəyərli əsərlərini sevə-sevə oxuyuram. Oxuduqca çox mətləblər mənə agah olur, ustadımızın bir-birindən gözəl olan əsərlərindən bəhrələnirəm, mənəvi qida alıram! Yusif müəllim bir az adi, bir az da qeyri-adi adamdır. Sözü ürəyindən böyük, ürəyi Vətən boydadır. İçində bir dünya var-Nəğməkar dünyası! İçində bir dünya var-Vətən dünyası! Yusif Nəğməkarın özü də, şeirləri də Vətənə oxşayır, çünki özü el şairi, Vətən şairidir! Şair, publisist, jurnalist Yusif Nəğməkarın qanadlı, bədii, fəlsəfi poeziyasl onu şeirsevənlərin, poeziya vurğunlarının sevimlisi etmişdir. Şairin şeirlərindən örnəklər vermək istədim. Seçə bilmədim. Niyə?Ona görə ki, bütün şeirləri biri birindən gözəldir. Bir şeirini seçsəm, o biri şeirləri məndən küsərdi.


Yusif müəllimin sözlərinə bəstəkarlarımız neçə-neçə nəğmələr bəstələyib,bu mahnıların əksəriyyəti dillər əzbərinə çevrilib.Azərbaycan radio və televiziyasının “Qızıl fond”una daxil edilib.Yusif müəllimin bütün əsərləri  özü kimi, yaşı kimi müdrikdir. Şairin çoxlu sayda mükafatları var. Qazandığı ən böyük mükafat isə xalqın sevgisidir!Saflıq, təbiilik, dağ vüqarı, əzəməti şairin şeirlərində, şairin özündə cəmləşib. Hər şeirini, poemasını oxuduqca bu saflığın, əzəmətin sehrinə düşürsən, belə insanla şəxsi tanışlığa görə duyğulu anlar yaşayırsan!


Öz xeyir-duası ilə AYB-nə üzv olmaq üçün mənə zəmanət verən Yusif müəllimlə söhbət etməyin özü bir dünyadır. Əsərləri ilə könüllər fəth edən şair zirvədə olan Aşıq Ələsgərə ”Ələsgər zirvəsi” adlı kitab yazmaqla müasir ədəbiyyatımızda inqilab etdi!


Əziz dostlar, mətbuatdan, sosial şəbəkələrdən məlum olduğu kimi 2025-ci il fevralın 13-də Azərbaycan Yazılar Birliyinin və Dədə Ələsgər İctimai Birliyinin dəstəyi ilə Yusif müəllimin “Ələsgər zirvəsi”adlı epiik-lirik poemadan, lirik şeirlərdən, dramaruk epizodlardan, elmi təhlillərdən ibarət olan möhtəşəm kitabının təqdimat  və imza mərasimi


keçirildi. Tədbirdə məşhur alimlər, yaradıcı insanlar, ictimai xadimlər, müğənnilər, aktyorlar,


oxucular və s. iştirak edirdi.


Bu gözəl tədbirə mən də dəvət edilmişdim.Yusif müəllimin hamıya hədiyyə etdiyi kitabı bir-neçə dəfə oxumuşam. Hələ də kitabın təsirindən çıxa bilmirəm.


Dədə Ələsgər sazı-sözüylə özünə heykəl yaratmışdlr. Bakıda ustada heykəl ucaldılıb.Yusif Nəğməkar isə bu kitabla Ələsgərə sözlə heykəl yaratdı! Qürur duydum ki, Yusif Nəğməkar kimi ustad şairlə şəxsən tanış olmuşam!!!


Müasir ədəbiyyatımızın böyük şairlərindən olan Yusif Nəğməkarı təbrik edir, sağlıqlı uzun ömür arzulayıram!


Yusif Nəğməkarı şəxsiyyətinə və yaradıcılığına böyük hörmətlə

İmran Güllübulaqlı