Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi
Mən Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü kimi 2020-ci ildə Xocavənd istiqamətində iştirak etdiyim əməliyyat haqqında qısa məlumat vermək istəyirəm.
2020-ci ilin fevral ayında yuxarı komandanlıqdan məlumat daxil oldu ki, Xocavənd istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupları aşkar edilib və onların təxribat xarakterli fəaliyyətə hazırlaşdığı müəyyən olunub.
Fevralın 4-də tam döyüş təchizatı ilə Tuğ yaşayış məntəqəsi istiqamətində hərəkətə başladıq. Bölməyə mayor rütbəli komandir rəhbərlik edirdi.
Hava şəraiti son dərəcə ağır idi. Güclü şaxta və qar hərəkət imkanlarımızı məhdudlaşdırırdı. Ərazi isə sıldırım qayalar, sıx meşəliklər və palçıqlı sahələrdən ibarət idi. Hərəkəti çətinləşdirən əsas amillərdən biri də üzərimizdə daşıdığımız ağır döyüş sursatı və təchizat idi.
Bölmə komandiri mənə göstəriş verdi ki, üç nəfərlə birlikdə ön müşahidə qrupu kimi hərəkət edim. Mən də Yaşar Novruzlu, Elməddin Nəbiyev Nəcəfovu seçərək ön xətt üzrə irəliləməyə başladım. Baş kəşfiyyatçı vəzifəsində xidmət etdiyim üçün əməliyyatlar zamanı adətən ön müşahidə qrupunda fəaliyyət göstərirdim.
Bölmədən təxminən 500 metr öndə hərəkət edirdik. Üç gün ərzində gecə-gündüz fasiləsiz şəkildə qar, yağış, palçıq, sıldırım qayalar və sıx meşəliklərdən keçərək irəlilədik. Yağıntılar nəticəsində geyimlərimiz tamamilə islanmışdı. Kəskin şaxta vəziyyəti daha da ağırlaşdırırdı. Həmin əməliyyat zamanı ayaqlarımdakı hər iki baş barmaq don vurmuşdu və bu gün də həmin zədənin izlərini hiss edirəm.
Qida ehtiyatlarımız tükənmək üzrə olsa da, Vətənə, torpağa və dövlət bayrağına olan sonsuz sevgimiz bizi irəli aparırdı.
Təyin olunmuş əraziyə yaxınlaşdığımız zaman düşmənin bir qrupu ilə qarşılaşdıq. Düşmən dərhal atəş açdı və qısa müddətdə döyüş başladı. Təxminən 20 dəqiqə davam edən qarşıdurma nəticəsində düşmənin bir hissəsi zərərsizləşdirildi. Daha sonra bölməmiz bizə dəstək məqsədilə yaxınlaşdı və düşməni geri çəkilməyə məcbur etdik.
Geri çəkilən düşmən qrupu sanitar təyinatlı nəqliyyat vasitəsindən istifadə etməyə cəhd göstərsə də, buna imkan verilmədi. Döyüş zamanı həmin nəqliyyat vasitəsi sıradan çıxarıldı və düşmən qrupunun fəaliyyəti tamamilə dayandırıldı.
Əməliyyatın nəticələri barədə yuxarı komandanlığa məruzə etdik. Bundan sonra məlumat daxil oldu ki, düşmənin daha böyük qüvvələri istiqamətimizə doğru hərəkət edir. Dərhal mövqelərimizi tutaraq müdafiəyə hazırlaşdıq.
Bölmə komandirinin göstərişinə əsasən, əraziyə nəzarət etmək məqsədilə üç nəfərlə birlikdə yüksəkliyə qalxaraq mövqe tutdum. Bölməmiz isə aşağı hissədə tam döyüş hazırlığı vəziyyətində idi.
Axşam saat 23:00 radələrində qarşı tərəfdən hərəkət edən qrup müşahidə olundu. Onlar təyin olunmuş mövqeyə yaxınlaşdıqdan sonra mühasirəyə alınaraq təslim olmağa məcbur edildilər. Daha sonra həmin erməni hərbçiləri aidiyyəti üzrə xüsusi bölməyə təhvil verildi.
Bizim üçün önəmli olan o çətin keçən gecələr, gündüzlər, qar, yağış və sıldırım qayalar deyildi. Önəmli olan dövlətimizə, xalqımıza və Vətənimizə xidmət etmək şərəfi idi.
Biz qanımızı da, canımızı da Azərbaycan uğrunda verməyə hazır idik. Dövlətə, Vətənə, torpağa və Müzəffər Ali Baş Komandanın etimadını doğrultmaq bizim üçün ən böyük qürur mənbəyi idi.
Biz yaxşı bilirdik ki, çəkdiyimiz hər bir əziyyət dövlətimizin gücü, xalqımızın təhlükəsizliyi və torpaqlarımızın azadlığı naminədir.
44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri bütün dünyaya sübut etdi ki, bu xalq öz torpağı uğrunda son nəfəsinə qədər döyüşməyi bacaran qəhrəman xalqdır.
Zaur Ələkbərov
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan baş giziri






















































