Xəbər Lenti
11-08-2026, 14:43
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdiri işdən çıxıb.
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdiri Yalçın Sakit oğlu Niftiyev vəzifəsindən ayrılıb. O, 2024-cü ildən bu vəzifədə çalışırdı.
Agentliyin Hüquq departamentində isə yeni təyinat olub. Əsəd Nazim oğlu Əliyev adıçəkilən departamentin Məhkəmə mübahisələri və qərarların icrasına nəzarət şöbəsinin müdiri təyin edilib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin işdən çıxan departament müdiri Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifəyə təyin olunub. Y.Niftiyev SOCAR vitse-prezidentinin müavini təyin edilib.
Fotoda Yalçın Niftiyev:
























































