Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
“Oxford” təcrübəsi Qarabağ Universitetində
Qarabağ Universitetində İqtisadiyyat ixtisası üzrə innovativ bakalavr proqramının hazırlanması məqsədilə “Oxford” universitetinin aparıcı iqtisadçı alimləri ilə əməkdaşlıq həyata keçirilib.
“Qafqazinfo” xəbər verir ki, əməkdaşlıq çərçivəsində “Oxford” Universitetinin iqtisadçı alimləri Qarabağ Universitetinin Biznes və İqtisadiyyat fakültəsinin akademik heyəti ilə birgə fəaliyyət göstərərək beynəlxalq standartlara uyğun, müasir yanaşmalara əsaslanan İqtisadiyyat (BSc Economics) proqramının hazırlanmasında iştirak ediblər.
Hazırlanmış proqramın yekunlaşdırılması və akademik heyətə təqdim olunması məqsədilə “Oxford” Universitetinin nümayəndələri Qarabağ Universitetinə səfər ediblər. Səfər çərçivəsində Biznes və İqtisadiyyat fakültəsinin müəllimləri ilə birgə seminarlar və interaktiv iş sessiyaları təşkil olunub.
Sessiyalar zamanı proqramın strukturu, fənn məzmunu və tədris metodologiyası geniş şəkildə təqdim edilərək müzakirə olunub. Bu prosesin əsas məqsədi proqramın universitetin akademik heyəti tərəfindən dərindən mənimsənilməsi və effektiv tətbiqinə hazırlığın təmin edilməsi olub.
Yeni İqtisadiyyat proqramı müasir əmək bazarının və qlobal təhsil mühitinin tələblərinə uyğun olaraq data analitikası, süni intellekt və proqramlaşdırma kimi istiqamətləri də əhatə edir.
Bu əməkdaşlıq Qarabağ Universitetinin beynəlxalq akademik tərəfdaşlıqlar vasitəsilə tədris keyfiyyətinin yüksəldilməsi və tələbələrə qlobal səviyyədə rəqabətqabiliyyətli təhsil imkanlarının təqdim olunması istiqamətində atdığı mühüm addımlardan biri hesab olunur.






























































