Menu
Xəbər Lenti
Zamana sığmayan zəka...
17-06-2026, 15:38

Zamana sığmayan zəka...

Azərbaycan nefti ucuzlaşdı
17-06-2026, 09:21

Azərbaycan nefti ucuzlaşdı

20 Haz 10:36Manşet / Sosial

Talassemiyanın gen daşıyıcıları əsgər gedir?

talassemiyanin-gen-dasiyicilari-esger-gedir

Azərbaycanda həqiqi hərbi xidmətlə bağlı müzakirə olunan məsələlərdən biri də talassemiya xəstəliyinin gen daşıyıcısı olan çağırışçılarla bağlıdır.

Bəs həmin gen daşıyıcıları hərbi xidmətə yararlı hesab edilirmi?

“Qafqazinfo” xəbər verir ki, bu suala Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən cavab verilib.

Dövlət Xidmətindən bildirilib ki, sözügedən xəstəliyin daşıyıcıları hərbi xidmətə cəlb edilirlər.

“Hazırda qüvvədə olan Nazirlər Kabinetinin  29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən, “Talassemiya xəstəliyinin gen daşıyıcısı” diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlı” hesab edilirlər”, - məlumatda qeyd olunub.