Xəbər Lenti
11-08-2026, 14:43
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı

Gəncədə 17 yaşlı yeniyetmənin yaşadığı evdə meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, 2009-cu il təvəllüdlü Ə.N.-nin meyiti yaşadığı Məhsəti qəsəbəsindəki evində aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Ə.Novruzov 11-ci sinfi bu il bitirib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.
Yunis Quliyev























































