Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”
Dünyaca məşhur supermodel Bella Hadid Laym (“Lyme”) xəstəliyinin kəskinləşməsi səbəbindən evdən çıxa bilmir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, öz instaqram hesabında paylaşım edib.
Model ağlayarkən çəkilmiş fotolarını izləyiciləri ilə bölüşərək vəziyyətinin ağır olduğunu bildirib:
“Bu kəskinləşmə dövründən heç cür çıxa bilmirəm. Yenə 11 saat yatmışam... Hər gün günorta vaxtı da yatıram. Getdiyim bütün həkimlərin verdiyi tövsiyələri, hər bir metodu yoxlamışam. Amma heç nə kömək etmir. Bu gün mənə “gündəlik tut” deyiləcək gün deyil. Bəli, su içmişəm və xeyr, gəzməyə çıxmamışam, çünki mən heç mətbəxdən o tərəfə keçə bilmirəm. Mənə elə gəlir ki, beynimdə bir dənə də olsun işlək hüceyrə qalmayıb, son iki hüceyrəm isə bir-biri ilə savaşır. Bu gün hamam qəbul etdim və huşumu itirib yıxılmadım... Bu, mənim üçün bu günün ən böyük nailiyyəti idi”.
Qeyd edək ki, Bella Hadid uzun illərdir gənə dişləməsi vasitəsilə ötürülən və sinir, oynaq, ürək sisteminə ciddi ziyan vuran xroniki Laym xəstəliyindən əziyyət çəkir.





















































