“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Qurultay bütün türk dünyası üçün mühüm əhəmiyyət daşıyır”
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin ikinci gününün açılışında mədəniyyət naziri Adil Kərimli çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, nazir Birinci Türkoloji Qurultayın 100 illiyinin təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
O qeyd edib ki, yubiley tədbirlərində müxtəlif ölkələrdən alimlərin, ziyalıların və rəsmi nümayəndələrin iştirakı Qurultayın ortaq elmi və mədəni irs kimi qəbul edildiyini bir daha təsdiqləyir.
Nazirin sözlərinə görə, müxtəlif ölkələrdən alimlərin, ziyalıların və rəsmi nümayəndələrin iştirakı bu yubileyin beynəlxalq miqyasını və ortaq dəyərini bir daha nümayiş etdirir.
A.Kərimli qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən yubileyin dövlət səviyyəsində qeyd olunması ilə bağlı irəli sürülən təşəbbüs bu tarixi hadisəyə verilən yüksək siyasi və mənəvi qiymətin göstəricisidir. O vurğulayıb ki, il ərzində Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə silsilə elmi və mədəni tədbirlər həyata keçirilir.
Mədəniyyət naziri bu tədbirlərin təşkilində əməyi olan Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə, alimlərə və təşkilatçılara təşəkkürünü ifadə edib. O bildirib ki, yubiley ilinin ilk böyük tədbirlərindən biri məhz AMEA tərəfindən təşkil olunub və bu, il ərzində keçiriləcək layihələr üçün uğurlu başlanğıc olub.
Nazir çıxışında vurğulayıb ki, türk dövlətlərinin rəhbərlərinin yubileylə bağlı göndərdikləri təbrik məktubları Birinci Türkoloji Qurultayın irsinə verilən yüksək siyasi dəyərin göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan dövləti bu tarixi irsin qorunmasına və gələcək nəsillərə çatdırılmasına daim xüsusi diqqət göstərir.
A.Kərimli qeyd edib ki, Birinci Türkoloji Qurultay təkcə elmi hadisə deyil, həm də bütün türk xalqlarını ortaq dil, tarix və mədəniyyət ətrafında birləşdirən mühüm platformadır. O bildirib ki, bu dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsində alimlərin və ziyalıların rolu əvəzsizdir.
Çıxışının sonunda nazir yubiley çərçivəsində keçirilən tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.
Lamiyə Məmmədova



















































