Menu
Xəbər Lenti
Ağstafaya sel gəldi
Dün, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

Dünya bir nərdivandır...
16-07-2026, 11:41

Dünya bir nərdivandır...

05 Tem 08:33Manşet / Gündəm

“Təhqir etsələr, cavab verəcəkdik” - Açıqlaması ilə diqqət çəkdi

 

Fransa millisinin kapitanı Kilian Mbappe verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, o, dünya çempionatının 1/8 finalında Paraqvaya 1:0 hesabı ilə qalib gəldikləri matçda yaşanan çoxsaylı gərginliklərə münasibət bildirib.

Matçda qələbə qolunun müəllifi ulduz futbolçu rəqib oyunçuların aqressiv hərəkətlərinə qarşılıq verdiklərini deyib:

“Bu oyunun necə keçəcəyini bilirdik, amma düşünürəm ki, bu gün hər şey çox yaxşı alındı. Onlar elə düşünürdülər ki, biz meydana “smokin” geyinmiş kimi çıxacağıq, sadəcə gözoxşayan fəndlər göstərməyə gəlmişik.

Amma sərt və çətin oyunu necə oynamağı da bilirik. Bu gün bunu göstərdik. Qələbə qazandıq və bu baxımdan da onlardan üstün idik. Bizi meydanda təhqir etsə idilər, eyni sözlərlə cavab verəcəkdik”.