Menu
Xəbər Lenti
Ağstafaya sel gəldi
Dün, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

Dünya bir nərdivandır...
16-07-2026, 11:41

Dünya bir nərdivandır...

07 Tem 11:01Manşet / Kriminal

Daha bir yeniyetmə dənizdə batdı

daha-bir-yeniyetme-denizde-batdi

Dünən axşam FHN-in “112” qaynar telefon xəttinə Xəzər rayon Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

“Qafqazinfo” nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunaraq axtarışlara başlanılıb.

Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, dünən Mərdəkanda gənc bacı-qardaş da dənizdə boğularaq ölüb. Onlardan birinin meyiti sudan çıxarılsa da, digərinin axtarışı davam etdirilir.