Menu
Xəbər Lenti
Avqustun 28-də Ay tutulacaq
17-08-2026, 09:25

Avqustun 28-də Ay tutulacaq

Kafedra rəhbəri vəfat etdi
15-08-2026, 08:32

Kafedra rəhbəri vəfat etdi

19 Ağu 08:33Manşet / Gündəm / Dünya

Ərəbistandakı vətəndaşlarını dilənçilik etməməyə çağırdı

 

Pakistanın Səudiyyə Ərəbistanındakı səfirliyi öz vətəndaşlarına sərt xəbərdarlıq edərək onları yerli qanunlara əməl etməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

Məlumatda dilənçiliyin və ya icazəsiz ianə toplamağın Səudiyyə Ərəbistanında həbsə, saxlanmaya və deportasiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq olunub. 

Sözügedən xəbərdarlıq, xüsusilə Məkkə və Mədinə şəhərlərinə gedən zəvvarlara şamil edilib.

Səfirlik bu məlumatı Səudiyyə Ərəbistanında bir neçə pakistanlının dilənçilik və viza rejimini pozmaqda şübhəli bilinərək saxlanılmasından sonra yayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında, xüsusilə Məkkə və Mədinədəki müqəddəs məkanların ətrafında dilənmək və icazəsiz pul toplamaq qanunsuz hesab edilir.