Menu
Xəbər Lenti
Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 12:22

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 12:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 15:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 14:54

Bakıda güclü külək əsir

04 Eyl 09:25Manşet / Dünya

ABŞ-nin toya hücumuna görə beynəlxalq məhkəməyə müraciət edildi

 

İran Qızıl Aypara Cəmiyyəti ABŞ-nin İranın Hörmüzqan əyalətində toy mərasimi keçirilən evə hücumu ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Prokurorluğuna müraciət edib.

“Qafqazinfo” IRNA-ya istinadən xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Əlaqələr və Humanitar Hüquq üzrə müavini Raziyə Əlişvəndi açıqlayıb.

Onun sözlərinə görə, Haaqadakı BCM Prokurorluğuna göndərilən məktubda baş verən hadisə ilə bağlı ilkin məlumatlar təqdim olunub. Məktubda hadisənin Roma Statutunun hücumlarla bağlı müddəalarına uyğun olub-olmamasının hüquqi baxımdan qiymətləndirilməsi tələb edilib.

Əlişvəndi bildirib ki, ABŞ-nin İrana son hücumları zamanı Hörmüzqan əyalətinin Kuheştek şəhərində toy mərasimi keçirilən evə mərmi düşüb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində 4 nəfər ölüb, 67 nəfər yaralanıb.

O vurğulayıb ki, mülki şəxslərin olduğu evin hədəfə alınması və ölənlər arasında uşağın olması hadisə ilə bağlı müstəqil və effektiv araşdırmanın təcili aparılmasını zəruri edir.