Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Dün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
21-06-2026, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 09:04

Xankəndiyə qayıdırlar

03 Şub 19:11Manşet / İqtisadiyyat

Rusiyada qalan 650 nəfərədək Azərbaycan vətəndaşı quru yolla ölkəyə gəlib

Rusiyada qalan 650 nəfərədək Azərbaycan vətəndaşı quru yolla ölkəyə gəlib

Mövcud COVID-19 pandemiya rejimi ilə əlaqədar ölkə üzrə vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən Rusiyada qalan və müvafiq prosedura uyğun olaraq qeydiyyata alınan 650-dək vətəndaşımız “Samur” dövlət sərhəd-keçid buraxılış məntəqəsindən Azərbaycan Respublikasına gəlməsi təmin edilib.

Ölkəyə daxil olan vətəndaşlardan koronavirus testi götürülüb və bir günlük Qubada karantində saxlanılıb. Testi neqativ çıxanlar bir gündən sonra evə buraxılıb.

Qeyd edək ki, COVID-19 pandemiya rejimi ilə əlaqədar ölkə üzrə vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tapşırığına və pandemiya şərtlərinə uyğun olaraq ötən il yanvarın 29-dan dekabrın 27-dək qrup halında 35 sərhəd keçidi olmaqla 4 min 217 həmvətənlimizin təxliyəsi təmin edilib.