Xəbər Lenti
15-10-2025, 15:21
Deputat Məşhur Məmmədov: “Şəhid ailələrinin hər biri bizim üçün müqəddəs əmanətdir”
14-10-2025, 19:25
Azərbaycanın Xalq Artisti Yevgeniya Nevmerjitskaya – 60 illik səhnə yubileyi təntənə ilə qeyd olundu. VİDEO
13-10-2025, 10:11
Şahin Mustafayev: "Azərbaycan, İran və Rusiya rəsmiləri sabah infrastruktur obyektlərinə baxış keçirəcəklər"
13-10-2025, 09:40
Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası işə başlayıb: İlham Əliyev iştirakçılara müraciət edib
Separatçılar niyə Tərtərin Qapanlı kəndini atəşə tutur?
Terrorçu rejimin gündəmə gətirdiyi və fevralın 20-də təsdiq etməyə hazırlaşdığı “ərazilərin işğaldan azad edilməsi haqqında” qondarma “qanun”a baxdıqda bu suala cavab tapa və açılan atəşin içkili vəziyyətdən qaynaqlanmadığını deyə bilərik.
Məlun “qanun layihəsi”nə Azərbaycanın işğaldan azad etdiyi ərazilərlə – keçmiş DQMV-yə daxil edilən Şuşa, Hadrut – yanaşı, müharibədən əvvəl iddia etdikləri “Şaumyan (Goranboy) və Qetaşen (keçmiş Xanlar)” də daxil edilə bilər. Separatçı-terrorçu rejimin qondarma “xarici işlər naziri” David Babayan ötən həftə bildirirdi ki, onlar “müharibəyə qədər nəzarət etdikləri əraziləri, üstəlik Şaumyan və Qetaşeni ”məlun “qanuna” daxil etməyi planlaşdırırlar.
Bu “hazırlıq” fonunda separatçı-terrorçuların Qapanlı istiqamətində atəş açması müharibədən əvvəlki vəziyyəti qaytarmaq, “mübarizəni” onların iddia etdikləri “qondarma “dqr”lə Azərbaycan arasına” keçirmək istəyidir. İstisna deyil ki, bu “ağılı” onlara verən elə ruslardır.
Atəşin keçmiş Ağdərə - müharibədən sonra erməni terrorçuların (sayları ən az 10 mindən çoxdur) qaldığı ərazidən açılması 10 noyabr razılaşmasının hələ də icra edilməyən 4-cü bəndini bir daha aktuallaşdırır.