Xəbər Lenti
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 15:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 09:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
18-06-2026, 16:49
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 14:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
Göyçayda Xocalı faicəsi anılıb
26 fevral 2022-ci il tarixdə Xocalı soyqırımı faciəsinin 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə Şəhidlər Xiyabınında ucaldılmış “Soyqırım” abidəsi önünə rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, Xocalıdan olan rayonda məskunlaşmış məcburi köçkünlər, həmçinin rayon ictimaiyyətinin nümayəndələri soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edənlər erməni silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş soyqırımı törətmələrindən, Xocalı şəhərinin minlərlə əliyalın mülki əhalisinin müasir hərbi texnika ilə silahlanmış yağı düşmənin qəfil və amansız hücumuna məruz qalmasından, yüzlərlə günahsız insanın kütləvi şəkildə məhv edilməsindən, qocalar, qadınlar, uşaqlar, hətta körpələrin ən dəhşətli üsul və vasitələrlə qətlə yetirilməsindən, əhalinin əksəriyyətinin girov götürülərək insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşdiklərindən danışıblar.
Bildirilib ki, məhs ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmiş və faciənin dünya dövlətləri tərəfindən tanıdılması istiqamətində iş aparılmışdır. Ulu Öndərin bu arzusu 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. Şanlı ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm qələbə sayəsində Azərbaycan özünün ərazi bütövlüyünü tam təmin etdi, Xocalı faciəsi qurbanlarının da qisasları yerindəcə alındı, vətənimiz yenidən bütövləşdi.
Tədbir iştirakçıları “Soyqırım” abidəsi önünə gül-çiçək dəstələri düzərək soyqırım qurbanlarının əziz xatirələrinə hörmətlə ehtiramlarını bildiriblər.























































