Xəbər Lenti
Dün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 15:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 09:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
18-06-2026, 16:49
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 14:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
09 Mrt 12:56Manşet / İqtisadiyyat
Azərbaycan icmal büdcəsinin gəlirləri məlum olub
Azərbaycan Respublikasının 2021-ci il icmal büdcəsinin gəlirləri 23 828,1 mln manat proqnoza qarşı 33 903,7 mln. manat, yaxud 10 075,6 mln. manat və ya 42,3 faiz artıq icra olunub.
Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatına əksini tapıb.
Qeyd edilib ki, bu, 2020-ci illə müqayisədə 9238,5 mln manat və ya 38,6 faiz çoxdur.
İcmal büdcəsinin xərcləri isə 31163,4 mln manat proqnoza qarşı 29 990,5 mln manat və ya 96,2 faiz icra olunub. Bu da 2020-ci ilə nisbətən 830,4 mln manat və ya 2,8 faiz çoxdur. 2021-ci ilin icmal büdcəsi 7 335,3 mln manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 3 913,2 mln manat büdcə artığı (profisit) yaranıb.
Hesabata əsasən, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 25 427 mln manat proqnoza qarşı 26 396,3 mln manat təşkil edib. Bu da 969,3 mln manat, yaxud 3,8 faiz, 2020-ci illə müqayisədə isə 1 714,6 mln manat və ya 6,9 faiz çoxdur.
2021-ci ili üçün dövlət büdcəsinin xərcləri 27 422,4 mln manat və ya 96,1 faiz səviyyəsində icra olunub. Bu da 2020-ci illə müqayisədə 1 006,1 mln manat və ya 3,8 faiz çoxdur.























































