Menu
Xəbər Lenti
11 istiqamətdə tıxac var
9-01-2026, 07:25

11 istiqamətdə tıxac var

Putinlə danışmaq istəyir
7-01-2026, 05:17

Putinlə danışmaq istəyir

19 Mrt 14:27Manşet / Cəmiyyət

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Martın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Abşeron yarımadasının bəzi ərazilərində yağışın sulu qarla qarışıq yağma ehtimalı var.
Şimal-qərb küləyi yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 2-5° isti, Bakıda gecə və gündüz 2-5° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.