Xəbər Lenti
6-08-2026, 09:47
Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama vahid-ayliq-muavinet-kimlere-verilir
4-08-2026, 11:53
"Sabimed" Sağlıq və Turizm şirkətindən növbəti xeyirxah addım – Türkiyədə müalicə alan körpəyə hərtərəfli dəstək
23 Mrt 10:57Manşet / İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 22-də 119,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel azdır.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 118,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,62 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 120,33 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,55 dollar/barel azdır.






















































