Menu
Xəbər Lenti
Bu gün imtahan var
Bugün, 09:18

Bu gün imtahan var

FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

23 Mrt 15:01Manşet / Cəmiyyət

Azərbaycanda yaşıl koridorların yaradılması davam edir

Azərbaycanda yaşıl koridorların yaradılması davam edir

Azərbaycanda yaşıl koridorların yaradılması davam edir.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, ölkə ərazisində qeyri-iş günləri olmasına baxmayaraq, nazirlik yaz ağac əkini çərçivəsində ağacəkmə tədbirlərini həyata keçirməkdədir.

“Bu sırada Abşeron yarımadasında yaşıl koridorların yaradılması işi davam etdirilir. Hazırda Xocasəndə yolla göl arasındakı sahədə, 60 hektar ərazidə yaşıllıq zolağının salınmasına başlanıb. Son üç gün ərzində həmin ərazidə 3 mindən artlq, yerli iqlimə uyğun ağac əkmişik. Qeyd edim ki, son iki ildə Xocasən gölü ətrafında yolun sol tərəfində olan "Meyvəli" ticarət mərkəzindən Moskva Dövlət Universitetinin Bakı Filialına tərəf gedən yolun 75 hektarında ağaclar əkilib və geniş bir yaşıl koridor salınıb.
Digər bir yaşıllaşdırma layihəsi Müşfiqabad qəsəbəsindədir, burada 50 hektara yaxın ərazi müəyyənləşib. Yaz mövsümü ərzində həmin ərazinin də yaşıllaşdırılması nəzərdə tutulub“, - deyə nazir müavini bildirib.