Xəbər Lenti
16-01-2026, 12:39
Aprel döyüşlərinin əfsanəsi – “Murov Qartalı” Raquf Orucov və Milli Qəhrəmanlıq Zirvəsi
16-01-2026, 06:50
Bakıda Hindistanın repressiv siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçirilir
16-01-2026, 05:15
Böyük Britaniyada apendisit ağrısı ilə xəstəxanaya gedən qadın gözlənilməz hadisə ilə qarşılaşdı
16-01-2026, 05:09
Hindistanda inanılmaz hadisə: 103 yaşlı qadın doğum gününə təsadüf edən dəfn mərasimində "dirilib"
16-01-2026, 04:59
Ailədə bir insanın gərgin olmasının bütün üzvlər üçün fəsadları: Rusiyalı həkimdən XƏBƏRDARLIQ
15-01-2026, 14:58
Esmira İbrahimlinin qanunsuz estetik əməliyyatının qurbanı-Şikayətçidir-Foto-Video
Aİİ-nin kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup əməkdaşı və tələbə heyəti 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayonuna səfər edib.
İnstitutun heyəti öncə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
İnstitut heyəti Quba Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyub, məzarları üzərinə gül dəstələri düzüb.
Daha sonra İnstitutun kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Azərbaycan tarixinə XX əsrin ən dəhşətli soyqırımlarından biri kimi daxil olan faciə zamanı bolşevik-erməni silahlı dəstələri Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törədib, mindən artıq kənd yandırılıb və dağıdılıb.
Aİİ-nin kollektivi səfər çərçivəsində Qubada fəaliyyət göstərən “Cümə məscidi” və “Ərdəbil” məscidlərini ziyarət ediblər.
Daha sonra İnstitut kollektivi Qubada yerləşən “Qırmızı qəsəbə”də olub. “Giləki” sinaqoqu ilə yaxından tanış olublar. Aİİ heyətinə yəhudilərin adıçəkilən qəsəbədə, həmçinin Azərbaycanda məskunlaşması tarixi, ölkəmizdəki multikultural mühit və tolerantlıq ənənələri haqqında ətraflı məlumat verilib.
Məlumat üçün bildiririk ki, Aİİ-nin bölgələrimizə təşkil etdiyi səfərlərin məqsədi tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsinə, milli ruhda yetişməsinə töhfələr vermək, onların dünyagörüşlərinin zənginləşdirilməsi, ölkəmizdə mövcud olan multikultural durum və tolerant mühit ilə tanış etməkdir.























































