Xəbər Lenti
Dün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 15:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 09:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
18-06-2026, 16:49
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 14:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
30 Mrt 15:34Manşet / İqtisadiyyat
Azərbaycanda bir neçə böyük "Facebook" səhifələri silinib - Səbəb nədir?
"Facebook" son bir ayda Azərbaycanın xəbər saytlarının və vətənpərvərlik məzmununda olan səhifələrini bloklayıb.
Məsələ ilə bağlı açıqlama verən kibertəhlükəsizlik üzrə mütəxəsis Elman Mütəllim bildirib ki, "Facebook" əsasən initihar xəbərlərini və vətənpərvərlik mövzusu ilə bağlı paylaşım edən səhifələri silib.
O bildirib ki, 2012-ci ildə verilən intihar xəbərinə görə səhifə silinib. Bu da yaxşı hal deyil. Belə hal Türkiyədə də baş vermişdi. Lakin orda məsələ üç gün ərzində öz həllini tapdı və səhifələr bərpa olundu.
"Biz bağlanan səhifələrlə bağlı "Facebook"la əlaqə yartsaq da, heç bir nəticə olmadı. Əsasəndə vətənpərvərlik səhifələrinin silinməsi "Facebook" da işləyən düşmənlərimiz tərəfindən məqsədli şəkildə silinə bilər. "Facebook" etdiyimiz müraciətlərə rəsmi cavab vermir. Buna misal olaraq bir neçə vətənpərvərlik səhifələrimizin eyni gündə bağlanmağını göstərmək olar.
Xəbər saytlarının səhifələrinə silinməzdən əvvəl bir neçə xəbərdarlıq gəlir. Həmin səhifələri əsasən intihar xəbərlərinə görə bloklayıblar. Ümumiyyətlə bu Azərbaycan səhifələrinə qarşı təxribatdır. Əvvəllər "Facebook"un rəsmi dəstək xəttinə (support) müraciət edəndə 10 gün ərzində bloklanan səhifələr bərpa olunurdu. Hazırda isə "Facebook"un rəsmi partnyor şirkətləri vasitəsiyə müraciətlər olunsa da, onlara da cavab verilmir", -deyə ekspert qeyd edib.























































