Xəbər Lenti
Bugün, 09:28
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Bugün, 09:23
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
18-04-2026, 17:20
"TVM İNŞAAT" MMC-nin rəhbərliyi sudurğa xəstəsi olan qaynaqçı və işçinin pulunu mənimsəyib
30 Mrt 15:46Manşet / İqtisadiyyat
2050-ci ilədək Azərbaycanın azad edilmiş əraziləri tamamilə "yaşıl zona"ya çevriləcək - Nazir müavini
Azərbaycanın qaz tədarükünü artırması üçün imkanlar var, amma bu, qarşılıqlı səylər tələb edir.
Bunu energetika nazirinin müavini Elnur Soltanov ADA Universitetində keçirilən beynəlxalq konfrans zamanı deyib.
"Azərbaycan regionumuzda başlıca enerji ehtiyatları tədarükçüsüdür. Azərbaycanın daxili bazarında təbii qazın hasilatı və istehlakı artır və bu, həm dövlət, həm də SOCAR şirkəti üçün yaxşıdır", - E.Soltanov deyib.
Nazir müavini əlavə edib ki, növbəti 10 il ərzində Azərbaycanda bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.
"2050-ci ilədək Azərbaycanın azad edilmiş əraziləri tamamilə "yaşıl zona"ya çevriləcək", - deyə o bildirib.























































