Menu
Xəbər Lenti
Evində yıxılıb öldü
19-08-2025, 11:26

Evində yıxılıb öldü

Zelenski Vaşinqtondadır
18-08-2025, 09:39

Zelenski Vaşinqtondadır

33 il tədavüldə...
15-08-2025, 10:01

33 il tədavüldə...

30 Mrt 15:58Manşet / Cəmiyyət

Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər davam edir

Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər davam edir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən Şəki rayonu ərazisində keçirilən reyd zamanı Şəki rayonu, Cəfərabad kəndində yerləşən, fiziki şəxs Mustafayev Eldar Qasım oğluna məxsus məntəqədə baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmədən, sanitar-gigiyenik qaydalara əməl edimədən qanunsuz olaraq heyvan kəsiminin və ət satışının həyata keçirildiyi aşkar edilib. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.