Xəbər Lenti
Bugün, 12:27
Ali Baş Komandanımız İlham Əliyev Xocalımızı geri aldı və soyıqrım cinayətini memorialla əbədiləşdirdi-Könül Nəbizadə
Bugün, 05:15
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi - Foto
Bugün, 05:07
Prezidentin sosial şəbəkə hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım olundu - Foto
Prezident İlham Əliyev: Azərbaycanla İtaliya arasında çox güclü siyasi əlaqələr tərəfdaşlığımızın güclü təməlini təşkil edir
Gündəlikdə duran məsələlərin sayının artması Azərbaycan-İtaliya əməkdaşlığının çox yaxşı əlamətidir. Əlbəttə ki, ölkələrimiz arasında çox güclü siyası əlaqələr tərəfdaşlığımızın güclü təməlini təşkil edir.
Bunu Prezident İlham Əliyev İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə söyləyib.
“2014-cü və 2020-ci illərdə biz strateji tərəfdaşlıq üzrə iki mühüm bəyannamə imzaladıq. Bu da yaxın dost olmaq üçün qarşılıqlı iradənin mövcud olduğunu göstərir və biz artıq yaxın dostuq. Əlbəttə ki, mənim iki il bundan əvvəl İtaliyaya səfərim və 2018-ci ildə Prezident Mattarellanın Azərbaycana səfəri ilə bağlı çox yaxşı xatirələrim var. Səfərlər, müzakirələr və sənədlər - bunlar ölkələrimiz arasında güclü əlaqələrin olduğunu göstərir”, - deyə dövlət başçısı vurğulayıb.























































