Xəbər Lenti
7-07-2026, 20:01
Taleh Məmmədov: Zamin Fərzinin yeni təyinatı səhiyyəyə göstərilən etimadın ifadəsidir
7-07-2026, 12:56
Elmə və təhsilə həsr olunan mənalı ömür – El ağsaqqalı Soltanağa Cəfərovun 76 illik yubileyi münasibətilə təbrik
Rusiyanın Ukraynaya təcavüzü... - AŞPA-dan qətnamə

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya Federasiyasının Ukraynaya qarşı davam edən təcavüzü: Avropa Şurasının rolu və cavabı“ adlı qətnamə qəbul edib.
Sənəddə Rusiyanın Ukraynaya hücumu qəti şəkildə pislənilir və Ukrayna xalqı ilə bir daha həmrəylik nümayiş olunur.
AŞPA Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində onun suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiq edir.
Qurum xatırladır ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü beynəlxalq hüququn və Avropa Şurası Nizamnaməsinin kobud şəkildə pozulmasıdır.























































