Xəbər Lenti
30-05-2026, 15:28
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 15:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 20:19
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 19:41
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 19:13
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 08:48
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
29-05-2026, 08:39
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
28-05-2026, 14:45
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
28-05-2026, 13:11
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
28-05-2026, 10:34
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
FHN küləyin fəsadları ilə bağlı məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi (FHN) güclü küləyin yaratdığı fəsadlarla bağlı məlumat yayıb.
Nazirlikdən daxil olan məlumatda deyilir:
"Məlum olduğu kimi, ölkə ərazisində ötən gündən başlayaraq hava şəraiti kəskin pisləşib, xüsusilə də Bakı şəhərində güclü külək müşahidə olunub. Küləyin təsirindən paytaxt Bakıda bir sıra fəsadlar meydana çıxıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin aidiyyəti qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz təhlükəsizlik tədbirləri görülüb.
Belə ki, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının damında dəmir parçasının qoparaq asılı vəziyyətdə qalması barədə daxil olmuş məlumat əsasında dərhal əraziyə cəlb olunmuş Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri dəmir parçasını götürərək təhlükəni aradan qaldırıblar".
Qeyd olunub ki, bundan əlavə, güclü küləyin təsirindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən birmərtəbəli fərdi yaşayış evinin dam örtüyünün yerindən qoparaq asılı vəziyyətdə qalması və vətəndaşlar üçün real təhlükə yaratması barədə daxil olmuş məlumata əsasən XRXX-nin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər dam örtüyünü ərazidən müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.























































