Xəbər Lenti
26-05-2026, 19:04
ATU-nun təşəbbüskarı olduğu Zəfər festivalı 30-dan artıq ali təhsil müəssisəsinin 900-dən çox iştirakçısını bir araya gətirib
26-05-2026, 12:47
Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
“XXI əsr bacarıqları” üzrə məktəblilərarası olimpiadanın nəticələri açıqlandı! -
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi tərəfindən Azərbaycan təhsil aləmində bir yenilik kimi təşkil olunan “XXI əsr bacarıqları” üzrə məktəblilərarası olimpiadanın final mərhələsi başa çatıb.
6 may 2022-ci il tarixində keçirilən final mərhələsinin yekunlarına əsasən elə həmin gün mükafatlandırma mərasimi təşkil olunub.
Mükafatlandıma mərasimində Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri, həmçinin final mərhələsinə vəsiqə qazanan şagirdlərin təhsil aldıqları məktəblərin rəhbərləri və təhsil ictimaiyyətinin digər nümayəndələri iştirak edib.
Olimpiadanın yekun nəticələrinə əsasən, birinci yerə 160 nömrəli Klassik Gimnaziyanın, iki və üçüncü yerlərə isə müvafiq olaraq Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin və Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin şagirdlərindan ibarət komandalar layiq görülüb.
Olimpiadanın qalibləri və eləcə də müxtəlif kateqoriyalar üzrə digər qalib şagirdlər qiymətli hədiyyələrlə təltif edilib.
Qeyd edək ki, ümumilikdə 18 ümumtəhsil məktəbində təhsil alan 94 şagirdin 32 komanda halında iştirak etdiyi olimpiadanın birinci mərhələsi 30 aprel 2022-ci il tarixində keçirilmiş, final turuna 10 komanda vəsiqə qazanmışdır. Olimpiadada V-VIII sinif şagirdləri hər birində 3 nəfər olan komandalar şəklində iştirak ediblər.
Məlumat üçün bildirək ki, XXI Əsr bacarıqları haqqında məktəbin veb saytından ətraflı məlumat əldə edə bilərsiniz.
https://www.21century.edu.az/az/about/21ciesrbacariqlari
Bütün qalibləri və iştirakçıları təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!






















































