Menu
Xəbər Lenti
Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

03 Eyl 15:33Manşet / Cəmiyyət

“Məktəblilərin Xarıbülbül Düşərgəsi” uğurla baş tutub

“Məktəblilərin Xarıbülbül Düşərgəsi” uğurla baş tutub

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qaliblərindən olan “Karvan” gənclərin inkişafına dəstək ictimai birliyinin təşkilatçılığı ilə “Məktəblilərin Xarıbülbül Düşərgəsi” uğurla baş tutub.

Düşərgəyə şəhid övladları, Şuşa məktəbliləri və digər məktəblərdən olan şagirdlər qatılmışdır. Məktəblilər Şuşa ilə yaxından tanış olaraq, Şuşanın tarixi, işğaldan sonrakı sürətli inkişaf haqqında məlumatlar almışlar. Eləcə də, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif əyləncəli və intellektual oyunlar keçirilmiş, məktəblilərdə mühəndislik vərdişlərinin formaşaldırılması üçün xüsusi hazırlanmış “Davinçi Qübbəsi”ni inşa etmiş, quş yuvaları düzəldərək təbiətə yerləşdirmişlər.

Sonda düşərgə iştirakçıları belə gözəl təşəbbüs üçün hər kəsə təşəkkürlərini ifadə etdilər. İştirakçılar Şuşanın valehedici təbiətinin və bu anların onların daim xatirində qalacaqlarını və təşkilatçılara öz dərin təşəkkürlərini bildirmişlər.