Xəbər Lenti
Dün, 15:33
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
10-05-2026, 17:09
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
10-05-2026, 16:06
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
10-05-2026, 09:30
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
10-05-2026, 09:22
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
10-05-2026, 09:05
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
10-05-2026, 08:57
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
10-05-2026, 08:53
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
10-05-2026, 08:50
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
9-05-2026, 19:04
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
9-05-2026, 16:30
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
9-05-2026, 15:51
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
Azərbaycanın və bütün regionun tarixini həmişəlik dəyişdirən 44 gün

Bu gün, sentyabrın 27-də Vətən müharibəsinin başlamasından düz iki il keçir. Qarabağda və Şərqi Zəngəzurda əks-hücum əməliyyatı nəinki bizim ölkədə, həm də bütün regionun tarixində dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri erməni qoşunlarını darmadağın etdi, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, regionda tamamilə yeni reallıq yarandı, regionun bütün ölkələri üçün geniş imkanlar meydanı açıldı.
Bu gün Azərbaycanda Milli anım günüdür. Bütün ölkə və dünyanın müxtəlif ölkələrində milyonlarla həmvətənimiz Qarabağın işğaldan azad olunması uğrunda canından keçmiş şəhidlərimizi yad edir. Biz Tərtər, Gəncə, Bərdədə xain gecə bombardmanına məruz qalmış yüzlərlə mülki insanın xatirəsini ehtiramla yad edirik. Biz hərbi əməliyyatlar bitdikdən sonra azad olunmuş ərazilərdə minalara düşərək həlak olmuş mülki şəxsləri və jurnalistləri yada salırıq. Bu ilin sentyabrında erməni təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan şəhidlərimizin ailələri ilə birlikdə kədərlənirik. Əlbəttə, bu gün bütün Azərbaycan Birinci Qarabağ müharibəsi və 30 il ərzində Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək cəhdləri zamanı erməni işğalının on minlərlə qurbanını yad edir.
Erməni təcavüzü üç nəsil azərbaycanlılarda silinməz izlər qoyub, və bunu bizim ölkədə heç kəs heç vaxt unutmayacaq. Eyni zamanda, 27 sentyabr sadəcə itkilərin ağrı və acısı günü deyil, həmçinin milli qürur günüdür. Azərbaycan xalqının tarixi Qələbəyə gedən çətin 44 günlük yolunun başladığı gündür.
44 günlük Vətən Müharibəsi hamımızı birləşdirdi. Milliyətindən, etiqadından və digər xüsusiyyətlərindən asılı olmayaraq milyonlarla azərbaycanlı Prezident İlham Əliyevin və ordumuzun ətrafında birləşib, Azərbaycanın ən yeni tarixinin ən ciddi sınaq imtahanından keçdi. Dəmir yumruq kimi birləşən xalqımız Azərbaycan dövlət başçısının rəhbərliyi ilə öz ərazisini işğalçılardan azad etmək kimi tarixi missiyanı yerinə yetirdi. Məhz dövlət başçısının səyləri, strategiyası və uzunmüddətli effektiv siyasəti nəticəsində işğal olunmuş torpaqların azad edilməsinə imkan yaradan zəmin hazırlandı. Sabit və inkişaf edən iqtisadiyyat quruldu, sabitlik təmin edildi, müasir və hərtərəfli təchiz olunmuş ordu formalaşdırıldı - uğurlu dövlətin bütün bu tərkib hissələri ölkəmizin uğurlarını şərtləndirdi. Prezident İlham Əliyev bu tərkib hissələri formalaşdırdı, sonra isə ölkəmizin ərazi bütövlüyünün bərpası kimi tarixi missiyanı həyata keçirdi.
Bu gün şəhidlərimizin xatirəsinə xalqımızın iradəsinin, milli qürurunun və sona qədər döyüşmək bacarığının rəmzi olan yüz minlərlə Azərbaycan bayraqları binaların eyvanlarından, pəncərələrindən dalğalanacaq. Bu gün bütün ölkədə dalğalanan bayraqlar həm də bir xatırlatmadır: bizim üçün ən yaxşı oğullarımızı itirmək ağırdır, amma biz öz ölkəmizi son damla qanımıza qədər müdafiə etməyə və öz haqlı mübarizəmizi aparmağa hazırıq. Əgər hadisələrin gedişatı tələb edərsə, xalq Prezidentin ətrafında birləşəcək və dəmir yumruq yenidən Azərbaycanın gələcəyi üçün mövcud olan istənilən təhdidi məhv edəcək.






















































