Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

30 Ekm 05:18Manşet / İqtisadiyyat

“Bu layihə şəhərdəki sıxlığı azaldacaq” - Anar Bədəlov

“Bu layihə şəhərdəki sıxlığı azaldacaq” - Anar Bədəlov

“Bu layihə şəhərdəki sıxlığı azaldacaq” - Anar Bədəlov
“Bu layihə şəhərdəki sıxlığı azaldacaq” - Anar Bədəlov

Xəbər verdiyimiz kimi, dünən Abşeron Tikinti Materialları Mərkəzinin açılışı olub.

Qaradağ rayonu, Lökbatan qəsəbəsində 255 hektarlıq ərazidə yaradılmış mərkəz 1000-dən çox mağazanı əhatə edir. Xəbər verdiyimiz kimi, dünən Abşeron Tikinti Materialları Mərkəzinin açılışı olub.

Qaradağ rayonu, Lökbatan qəsəbəsində 255 hektarlıq ərazidə yaradılmış mərkəz 1000-dən çox mağazanı əhatə edir.

Bu nəhəng mərkəzin açılmasında məqsəd ölkədə və regionda inşaat sahəsində insanların ehtiyaclarını qarşılayacaq sənayeləşmiş zonanın yaradılmasıdır. Yeni açılışı olan mərkəzdə tikinti materiallarının satışı ilə yanaşı inşaat sektorunda lazım olan istehsalat bölmələrinin də yaradılması nəzərdə tutulur.

Abşeron Tikinti Materialları Mərkəzinin direktoru Anar Bədəlov qeyd edib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar nəticəsində sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb: “Bəşəriyyəti çətin sınaq qarşısında qoyan qlobal problemlər ölkələrin iqtisadiyyatına ciddi mənfi təsirini göstərməkdədir. Bir tərəfdən əhalinin maddi durumunun yaxşılaşdırılması, sahibkarlıq subyektlərinə dəstək göstərilməsi, əlbəttə ki, dövlətin iqtisadi imkanlarına təsir edən amillərdir. Əlbəttə ki, ölkəmizin sosial-iqtisadi inkişafında özəl sektorun çox yüksək payı var və burada kiçik və orta sahibkarların rolunun önəmi vurğulanmalıdır. Uzun illərdir ki, dövlət tərəfindən ölkənin kiçik və orta sahibkarlarına güzəştli kreditlər verilir və bu amil özəl sektorun inkişafında öz sözünü deməkdədir. Buna görə də, sahibkarların öz fəaliyyətlərini genişləndirmək, istehsal və idxal imkanlarını asanlaşdırmaq üçün rahat şərait yaradılmalıdır".
Şirkət rəhbəri, həmçinin xüsusi ilə vurğulayıb ki, bazarda yerləşəcək şirkətlər ilk 6 ay icarə haqqından azad olunacaq: “Bundan əlavə bildiyiniz kimi, yanvar- fevral ayı tikinti sektorunda durğunluğ dönəmidir. Mərkəz olaraq bunu nəzərə alıb, bazarda fəaliyyət göstərən sahibkarlar üçün icarə haqları 50%-ə qədər güzəşt olunacaq. Müştərilərin rahatlığını təmin etmək məqsədilə isə gələcəkdə avtodayanacaq, otel, bank şöbələri, gömrük sistemi, kafe-restoran və digər iaşə obyektlərinin inşası da planlaşdırılır”.