Xəbər Lenti
1-06-2026, 19:36
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
30-05-2026, 15:28
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 15:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 20:19
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 19:41
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
DYP-dən sürücülərə bayram günləri ilə bağlı MÜRACİƏT

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə yollarda xoşagəlməz halların yaşanmaması üçün hər bir yol hərəkəti iştirakçısını təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Bu barədə İdarədən bildirilib.
Bayramla əlaqədar qeyri-iş günlərində avtomobillə səfərə çıxmağa hazırlaşan sürücü və sərnişinlərdən isə aşağıdakı tövsiyələrə biganə qalmamaq xahiş olunur:
Hazırda havaların yağmurlu olmasını da nəzərə alaraq, sürücülər səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına xüsusi diqqət yetirməli, yol və hava şəraitini, hərəkət intensivliyini düzgün qiymətləndirməli, sürəti hava şəraitinə uyğun seçməli, qəfil manevr və ya kəskin tormazlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmamalıdırlar. Mövsümlə əlaqədar mümkün qədər günün işıqlı vaxtında yola çıxmağa üstünlük verilməli, nəqliyyat vasitəsini yuxusuz, yorğun halda idarə etməkdən çəkinməli və hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etməyin vacib olduğunu unutmamalıyıq. Təhlükəsizlik kəmərinin təkcə sürücü deyil, sərnişinlərin də bağlaması mütləqdir”.
“Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, insanların rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün gücləndirilmiş iş rejimində xidmət aparan Dövlət Yol Polisi bir daha qeyd edir ki, hər bir yol hərəkət iştirakçısı qaydalara əməl etməklə bayram günlərinin yalnız sevincli anlarla yadda qalmasına töhfə vermiş olar”, - müraciətdə əlavə olunub.























































