Menu
Xəbər Lenti
TƏBİB- də yeni təyinat
12-06-2026, 11:45

TƏBİB- də yeni təyinat

Paşinyan Putini təbrik etdi
12-06-2026, 11:33

Paşinyan Putini təbrik etdi

Xəzərdə zəlzələ oldu
10-06-2026, 08:14

Xəzərdə zəlzələ oldu

21 Kas 13:58Manşet / Siyasət

Azərbaycan XİN: Türkiyəyə qarşı terror hücumlarını qətiyyətlə qınayırıq

Azərbaycan XİN: Türkiyəyə qarşı terror hücumlarını qətiyyətlə qınayırıq


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Qaziantep vilayətinə raket hücumu nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verib.

Bu barədə bazar ertəsi Azərbaycan XİN-in rəsmi "Twitter" hesabında bildirilib.

“Qardaş Türkiyənin Qaziantep vilayətinin Qarqamış şəhərində məktəb də daxil mülki əhalinin yaşadığı ərazilərə xain raket hücumu nəticəsində həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Türkiyəyə qarşı terror hücumlarını qətiyyətlə qınayırıq!”, - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Türkiyənin cənub-şərqindəki Qaziantep vilayətində, Suriya ilə sərhəddə yerləşən Karkamış şəhərinə raket zərbələri endirilib. Hadisə nəticəsində 2 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.