Xəbər Lenti
7-07-2026, 20:01
Taleh Məmmədov: Zamin Fərzinin yeni təyinatı səhiyyəyə göstərilən etimadın ifadəsidir
7-07-2026, 12:56
Elmə və təhsilə həsr olunan mənalı ömür – El ağsaqqalı Soltanağa Cəfərovun 76 illik yubileyi münasibətilə təbrik
Energetika naziri Zaqatalada vətəndaşları qəbul edəcək

Dekabrın 23-də energetika naziri Pərviz Şahbazov Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşlarla görüşəcək.
Vətəndaşların qəbulu saat 11:00-dan etibarən Zaqatala rayon Heydər Əliyev Mərkəzində (ünvan: Zaqatala şəhəri, Car küçəsi 1) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs Asim Məmmədov, əlaqə telefonları: (+99424) 245-21-35, (050) 378-28-46, email: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar Nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbula yazıla bilərlər.























































