Menu
Xəbər Lenti
Sabunçu keçidi bağlandı
28-03-2026, 09:00

Sabunçu keçidi bağlandı

Neftimiz bahalaşdı
27-03-2026, 08:33

Neftimiz bahalaşdı

31 Mrt 07:28Mədəniyyət

Rus evinin kinoklubunda “Amfibiya adam” filminin müzakirələri olub

Rus evinin kinoklubu çərçivəsində çəkilişləri Bakıda keçirilmiş “Amfibiya adam” sovet bədii filminin müzakirələri olub.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müzakirələrdə gənclər təşkilatları və mədəniyyət müəssisələrinin nümayəndələri iştirak ediblər.

Müzakirələrdə qeyd olunub ki, “Amfibiya adam” filmi üzərində aparılan işlər həm onun yaradıcıları, həm də artistlər üçün əsl sınaq olub. Yaradıcı heyətin sərəncamında yalnız suda və dərinlikdə çəkilişlər üçün köhnəlmiş texnika vardı. Lakin bu, dünya kinematoqrafı tarixinə daxil edilən bir filmin ərsəyə gəlməsinə əngəl olmayıb.