Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
25 Ock 16:19Mədəniyyət
Avropa Şurasının mənzil-qərargahında Azərbaycan xalçaları sərgilənir VİDEO
Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi və “Azərxalça” ASC tərəfindən Avropa Şurasının (AŞ) mənzil-qərargahında Azərbaycan xalçalarının sərgisi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyası zamanı təşkil olunmuş sərgi fevralın 3-dək avropalı xalça sevərlər üçün açıq olacaq. Sərgidə Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərini ehtiva edən xalça nümunələri nümayiş olunur. Həmçinin böyük ekran vasitəsi ilə xalçaçılıq sənətini, eləcə də Azərbaycanın tanınmış xalçaçılarından bəhs edən film nümayiş olunur.
Heydər Əliyev Fondu tərəfindən çap edilmiş, Azərbaycan xalça tarixi və məktəblərini təşviq edən nəfis kitablar təqdim olunur. Nümayiş olunan nəfis ornamentli rəngbərəng xalçalara əlavə edilmiş fotolar xalçaçılıq haqqında daha geniş məlumat verir.
Sərgini giriş sözü ilə açan Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov 2001-ci yanvarın 25-də Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağının Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə təşkilatın mənzil qərargahı qarşısında qaldırıldığını xatırladıb. Üzvlüyümüzün ötən dövrdəki 22 ilinə nəzər salan F. İsmayılov bu müddətdə çoxsaylı uğurların əldə edildiyini vurğulamaqla bərabər, müxtəlif illərdə Avropa Şurası ilə münasibətlərdə enişli-yoxuşlu dövrlərin olduğunu qeyd edib. O, bu gün Azərbaycan Respublikasının Avropanın demokratik millətlər ailəsinə mənsub olduğunu və Avropanın multikultural kimliyinə öz dəyərli töhfələrini verdiyini vurğulayıb.
Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriç çıxış edərək, sərgidə nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu bildirib. O, AŞ-nin “müxtəliflikdə birlik” anlayışı ilə mədəniyyət sahəsinə böyük önəm verdiyini söyləyib. AŞ Baş katibi Azərbaycanın artıq 22 ildir Avropa Şurasına üzv olduğunu və qurumun çox saylı konvensiyalarını imzaladığını və ratifikasiya etdiyini bildirib. Azərbaycan həmişə mədəniyyətlər və dinlər arası dialoqa xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, bu sahədə ölkəmizin xüsusi rolunu qeyd edib.
"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri Emin Məmmədov çıxış edərək, rəhbərlik etdiyi “Azərxalça”nın tarixindən söz açıb. Bildirib ki, XX əsrin birinci yarısından fəaliyyət göstərən “Azərxalça” 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yenidən strukturlaşdırılıb. O, xalqımızın zəngin və nadir mədəni irsi olan xalçaçılıq sənəti haqqında danışaraq, nəsildən-nəslə ötürülməsinin əhəmiyyətindən söz açıb. Sonra natiq xalçaçılıq üzrə Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərindən bəhs edərək, “Azərxalça”nın əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub-saxlanılması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu qeyd edib. Nadir xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. O, “Azərxalça”da dünyada nadir sənət əsərləri olan xalçalar toxunduğunu xüsusi qeyd edib.
Açılış mərasimində Bakı xalçaçılıq məktəbinə məxsus xalça Avropa Şurasına hədiyyə edilib.
Qeyd edək ki, sərginin açılışına Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç, AŞ katibliyinin əməkdaşları, AŞPA qış sessiyasına gəlmiş müxtəlif Avropa ölkələrinin parlamentariləri, AŞPA-da və Avropa İnsan Hüquqları Məhkəməsində çalışan həmvətənlərimiz, eləcə də yerli ictimaiyyətin üzvləri qatılıblar. Sərgi qurumun mənzil qərargahına səfər edən turistlər tərəfindən də ziyarət edilir və onlara xalçaçılıq sənəti və məktəblərimiz haqqında məlumat verilir.