Menu
Xəbər Lenti
16 oyunda 68 qol vuruldu
Bugün, 09:35

16 oyunda 68 qol vuruldu

BAŞSAĞLIĞI
Dün, 07:45

BAŞSAĞLIĞI

Belçika da “yox” dedi
17-03-2026, 06:37

Belçika da “yox” dedi

23 Şub 06:36Siyasət

Prezident İlham Əliyev Yaponiya İmperatoru Naruhitonu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya İmperatoru Naruhitonu doğum günü münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin İmperator Naruhitoya ünvanladığı məktubda deyilir: “Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram”.

Azərbaycan Prezidenti İmperator Naruhitoya möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.

Xatırladaq ki, Yaponiya İmperatoru Naruhitonun 63 yaşı tamam olur. O, 2019-cu il mayın 1-də taxta çıxıb.