Xəbər Lenti
30-05-2026, 15:28
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
30-05-2026, 15:11
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
29-05-2026, 20:19
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
29-05-2026, 19:41
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
29-05-2026, 19:13
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
29-05-2026, 08:48
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
29-05-2026, 08:39
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
28-05-2026, 14:45
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
25 Mrt 20:33Dünya
UNICEF: Yəməndə 11 milyon uşağın humanitar yardıma ehtiyacı var
BMT-nin Uşaq Fondu (UNICEF) xəbərdarlıq edib ki, Yəməndə səkkizillik qarşıdurmadan sonra 11 milyona yaxın uşağın humanitar yardıma ehtiyacı var və təcili tədbirlər görülməzsə, milyonlarla insan aclıq riski ilə üzləşə bilər.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, UNICEF-in Yəməndəki nümayəndəsi Piter Hokins deyib: "Yəməndə milyonlarla uşağın həyatı sarsıdıcı, bitməyən müharibənin demək olar ki, ağlasığmaz, dözülməz nəticələrinə görə risk altında qalır".
2015-ci ildə başlayan və hazırda davam edən husi qiyamçılarının beynəlxalq səviyyədə tanınmış hökumətlə toqquşması nəticəsində milyonlarla insan köçkün vəziyyətinə düşüb, Yəmənin əsas xidmətləri və infrastrukturu məhv edilib. UNICEF-in məlumatına görə, 2015-ci ildən bəri 2,3 milyondan çox uşaq məcburi köçkün olub, 11 min azyaşlı ölüb və ya ağır yaralanıb. Bundan başqa, 4 mindən çox uşaq müharibə edən tərəflərin apardığı döyüşlərə cəlb edilib. Münaqişə dövründə təhsil və səhiyyə obyektlərinə 900-dən çox hücum edilib.
UNICEF-in 2023-cü ildə Yəməndə uşaqlar üçün həyat qurtaran humanitar yardımı davam etdirmək üçün təcili olaraq 484 milyon dollar tələb etdiyini söyləyən Hokins əlavə edib ki, bütün tərəflərin Yəmən xalqına kömək etmək öhdəliyinə sadiq qalması vacibdir. O deyib: “Səkkiz ildən sonra bir çox uşaq və ailələr özlərini əbədi bir ümidsizlik içində hiss edirlər. Bir çox valideynlər üçün dəyişən yeganə şey uşaqlarının kədərli üzləridir. Uşaqlar münaqişə barədə çox az şey bilirlər, ancaq onlara dinc gələcəyə ümid etmək üçün bir işıq yeri qoymaq tamamilə vacibdir."
Bu günlərdə husi üsyançıları bildiriblər ki, onlar şənbə günündən etibarən paytaxt Sənaya həyata keçirilən BMT və digər humanitar təşkilatların uçuşlarına ciddi məhdudiyyətlər tətbiq edirlər. Ərzaq və tibbi yardımlar gətirən təyyarələr yalnız cümə günləri qəbul ediləcək.