Xəbər Lenti
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
16-10-2026, 07:12
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
06 Nis 13:56Dünya
İranda son 65 gündə 138 məhkum edam olunub

İranda son 2,5 ayda 138 nəfər barəsində çıxarılan edam hökmü icra olunub.
“Report” “Radiofarda”ya istinadən xəbər verir ki, bu barədə İranın İnsan Hüquqları Təşkilatı məlumat yayıb.
Bildirilib ki, bu, son illərin ən böyük göstəricisidir.
Məlumata görə, onların 88-i narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün barələrində ölüm hökmü çıxarılıb.
Vurğulanıb ki, martın 10-dan 24-dək İran həbsxanalarında 29 məhbus edam olunub. Təşkilat edam hökmlərinin icrasının sayının artmasını tənqid edib.
Qeyd olunub ki, 2020, 2021, 2022-ci illər martın 1-dən 15-dək olan dövrdə uyğun olaraq 67, 72 və 94 məhkum barəsində çıxarılan edam hökmü icra olunub.
Təşkilatın rəhbəri Məhəmməd Əmiri Müqəddam bildirib: “Narkotiklərlə bağlı edamların sayının kəskin artması bu istiqamətdə qanuna edilən düzəlişin nəticəsinin olmadığını göstərir”.
Bildirilib ki, İranın Şiraz və İsfahan şəhərlərinin həbsxanalarında ötən gün beş məhkum barəsində çıxarılan ölüm hökmü icra olunub.























































