“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Qara dənizdə ticarət gəmilərinin hərəkəti üçün müvəqqəti dəhlizlər elan edildi

Ukrayna Hərbi Dəniz Qüvvələri ticarət gəmilərinin Qara dənizdəki Ukrayna limanlarına və ya əks istiqamətdə hərəkəti üçün müvəqqəti dəhlizlər elan edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Qüvvələrinin Mətbuat Xidmətindən məlumat verilib.
Eyni zamanda, vurğulanıb ki, bütün marşrutlar boyunca Rusiya Federasiyasından hərbi təhdid və mina təhlükəsi qalmaqdadır.
“Daha əvvəl bu marşrutlar Ukrayna tərəfindən Beynəlxalq Dəniz Təşkilatına (IMO) müraciətdə təklif edilmişdi. Beynəlxalq Dəniz Təşkilatı Şurası Ukraynanın beynəlxalq dəniz hüququ ilə təmin edilən sərbəst ticarət gəmi nəqliyyatı hüququnu tanıyıb”, - deyə komandanlıqdan bildirilib.
IMO Rusiyanı beynəlxalq konvensiyalara əməl etməyə və Qara dənizdə ticarət gəmiçiliyinə qarşı təhdidləri dayandırmağa çağırıb.
Qeyd olunan dəhlizlər ilk növbədə 2022-ci il fevralın 24-də Rusiyanın tammiqyaslı işğalı başlayandan sonra Ukraynanın Çernomorsk, Odessa və Yujnı limanlarında yerləşən mülki gəmilərin çıxarılması üçün istifadə olunacaq.
Mənbə: ZN.ua






















































