Menu
Xəbər Lenti
Bu yollarda tıxac var
2-11-2026, 07:04

Bu yollarda tıxac var

Şəhid atası vəfat etdi
2-11-2026, 06:55

Şəhid atası vəfat etdi

22 Ağu 06:46Dünya

İndoneziya ABŞ-dən 24 ədəd F-15EX qırıcısı alacaq

 




İndoneziya Müdafiə Nazirliyi tezliklə öz Hərbi Hava Qüvvələri üçün ABŞ-nin “Boeing” şirkətindən 24 yeni F-15EX qırıcısı alacaq.

“Report” xəbər verir ki, bu barədə İndoneziyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müvafiq memorandum nazir Prabovo Subianto tərəfindən ABŞ-yə səfəri zamanı imzalanıb. O, son qırıcıların İndoneziyanın müdafiə qabiliyyətinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Eyni zamanda, qarşıdan gələn razılaşmanın əlavə təfərrüatları açıqlanmayıb. O, hələ də ABŞ səlahiyyətliləri tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir.