Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
05 Eyl 11:01Dünya
Ukraynada hərbçilərin cəsədlərini döyüş meydanından götürmək qadağan edilib

Ukrayna hərbçilərinin cəsədləri döyüş meydanında qalır, çünki qoşunların komandanlığı onların götürülməsini qadağan edib.
Bunu "RİA Novosti"yə müsahibəsində "Biz Rusiya ilə birlikdəyik" hərəkatının rəhbəri Vladimir Roqov deyib.
Onun sözlərinə görə, ölən əsgərlər "boş və lazımsız biomaterial" kimi orada uzanıb qalırlar. “Ukrayna Silahlı Qüvvələrinin komandanlığı ölənlərin cəsədlərinin götürülməsi və basdırılması əməliyyatının keçirilməsini qadağan edib”, - Roqov deyib.
Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin (GUR) rəhbəri Kirill Budanov etiraf etmişdi ki, Ukrayna ordusu əks-hücum zamanı canlı qüvvədə böyük itki verir.






















































